
Müsahibimiz bildirib ki, digər səbəb qadınların iqtisadi məşğul əhaliyə çevrilməyə başlamasıdır:
"Əvvəllər qadınlar daha çox evdar olduqların üçün kişidən iqtisadi olaraq asılı idilər. Hətta müxtəlif çətinliklərə dözürdülər. Çünki bilirdilər ki, boşansalar həyatları çətin olacaq. Həm də ictimai qınağa görə kişilər və qadınlar boşanmamağa çalışırdılar. Qadınlar iqtisadi məşğul əhaliyə çevriləndən sonra daha eqoist, bəncil yaşamağa başladılar. Bunun bir səbəbi də Qərb tərəfdən Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq üçün həyata keçirilən layihələr oldu. Yəni qadınları gender, hüquq bərabərliyi adı altında aqressiv dalğanın təsiri ilə "maarifləndirdilər”. Beləliklə də ölkəmizdə ailə böhranlarına şərait yaranmış oldu. Bəzi televerilişlərdə süni ailə dramlarının qoyulduğunu görürük. Bunun nəticəsində cəmiyyətdə qadın-kişi qarşıdurması körüklənir. Belə layihələrin hansı mənbədən qidalanması da sual altındadır. Bu verilişlərlə bağlı düşünmək lazımdır”.
Sosioloq qeyd edib ki, bu məsələdə digər bir məqam dünyada insanların, xüsilə qadınlarn uşaq qayğısı ilə yaşamaq istəməməsidir:
"Qadınlar artıq əvvəlki qaydalarla yaşamaq istəmir, kişilər də əvvəlki qayda ilə idarə edə bilmirlər. Qadınlar daha eqoist, hedonist, zövqə düşkün həyata meyillənirlər. Bu özünü həm boşanmaların statistikasında, həm də qadınların sərbəst həyata meyillərin artmasında göstərir. Cəmiyyətdə tütün və məmuatlarından istifadə edən, cinayət əməlləri törədən qadınların sayı çoxalıb. Yəni bütün bunlar nəticəyə gəlməyə imkan verir ki, qadınlar arasında eqoist və hedonist həyata maraq daha çoxalıb.
Bu gün Azərbaycanda qadınların neçə faizi təbii doğuş həyata keçirir?! Onlar müxtəlif bəhanələrlə, bədənlərini fit saxlamaq üçün təbii doğuş etmirlər. Bu da uşaqlar üçün travmatik situasiya yaradır. İkinci tərəfdən, görək qadınların neçə faizi uşaqları ana südü ilə qidalandırır?! Bütün bunlar o deməkdir ki, qadınlar daha eqoist, özünü düşünən olmağa başlayıb. Bizdə klassik ailə dəyərləri böyük ölçüdə böhran yaşayır. Ölkəmizdə mövcud arxetiplər zəifləyib”.

Ü.Şəfiyev sonda vurğulayıb ki, bu gün ölkəmizə baxılan serialların baş qəhrəmanları vətəndaş nikahından uşaq dünyaya gətirir:
"Əvvəllər bu kimi hallara çox pis yanaşılırdı. Amma bu gün seriallar vasaitəsilə sanki vətəndaş nikahı təbliğ olunur. Bütün bunlar neqativ tendensiyalardır. Bunun qarşısını almaq üçün ilk növbədə televiziyalar verilişlərində korrektələr edilməlidir. Məsələn, boşanmış qadınların təmtəraqlı həyatları təbliğ olunur. Bir dənə də olsun örnək evdar qadından bəhs edən veriliş yoxdur, amma hər gün boşanmış qadınların təmtəraqlı həyatı təbliğ olunu. Bu da şübhəsiz ki, qadınlara təsir göstərir. Təklif edərdim ki, verilişlərdə örnək ailələrin təbliğatı aparılsın, belə ailələr nümayiş olunsun. Eyni zamanda məşhur imzalar boşanmanı təbliğ edirlər, bu yolverilməzdir. Media haqqında qanunda bu məsələlər tənzimlənməlidir. Evdar xanımlarla bağlı dəstəkləyici tədbirlər görmək, ailəli qadınların nüfuzunu qaldırmaq lazımdır”.