Britaniyalı məşhur aparıcı Azərbaycan benzininə “zibil” dedi - “Neftimiz kifayət qədər keyfiyyətlidir”
Britaniyalı məşhur teleaparıcı Ceremi Klarksonun Azərbaycan benzinini "zibil" adlandırması müzakirə yaradıb. Bildirilir ki, dünyanın ən təmiz nefti bizdədirsə, benzinimiz niyə bu qədər keyfiyyətsizdir?
İqtisadçı-ekspert Natiq Cəfərli Pravda.az-a məsələyə belə münasibə bildirib:

"Azərbaycanda istehsal olunan benzinin keyfiyyətsiz olduğu məlumdur. Keyfiyyətlə bağlı problemlər açıq-aşkardır. Azərbaycanda neftayırma zavodları kifayət qədər köhnədir, sovetdənqalmadır. İndi yenidənqurma işləri gedir. Hətta iyunun sonuna qədər işlərin yekunlaşması gözlənilir. Daha təmiz, keyfiyyəti yüksək olan dizel yanacağı və "Avro-5” standartlarına uyğun premium markalı benzin də istehsal olunacaq. Bu problem həmişə olub. 1970-ci illərdənqalma infrastrukturla, köhnə normativ aktlara uyğun benzin istehsal olunurdu. Onların dəyişməsi zaman aldı. Böyük investisiya layihələri həyata keçirildi. İndi neftayırma zavodunun yenidən qurulmuş halı ilə işə başlamasını gözləyirik. Benzinin keyfiyyəti neftin keyfiyyətindən asılı deyil. Azərbaycan nefti kifayət qədər keyfiyyətli neftdir. Sadəcə, problem emalın köhnə texnologiyalarla aparılmasına görə idi...”