Brüsseldə erməni-müsəlman davası, bu dəfə səfirlər “atışdı”

Brüsseldə erməni-müsəlman davası, bu dəfə səfirlər “atışdı”


Nüfuzlu "POLITICO” nəşri yazır ki, Ermənistan səfiri Tiqran Balayan Azərbaycan səfiri Vaqif Sadıqov tərəfindən "şifahi hücuma və hədə-qorxuya məruz qalması” iddia olunur.

Hadisənin Brüsseldəki "Tangla” otelində Türkiyə səfirliyinin ölkənin milli günü şərəfinə təşkil etdiyi ziyafətdə baş verdiyi bildirilir.

"POLITICO”ya danışan Vaqif Sadıqov hadisənin baş verdiyini təkzib edib, bu cür iddiaların "gülməli” olduğunu deyib. Onun sözlərinə görə, qəbulda "yaxşı yeməklər verilib, xoş insanlar” olub. Bu, "hər zamankı kimi standart diplomatik tədbir” idi…

Nəşr xatırladır ki, cənab Sadıqov ötən il sosial şəbəkədə Balayanla birlikdə Ermənistana səfər edən Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyətini güllələnməklə hədələdələmişdi, buna görə o, Avropa İttifaqı tərəfindən tənqid olunmuşdu.

O, Avropa siyasətçilərinin gərginlik yaşanan sərhəddə poza verdiyi postun altında belə yazmışdı: "Azərbaycanda istehsal olunan "İstiqlal İST-14.5” snayper tüfənginin effektiv atış məsafəsi təxminən 3000 metrdir”. "Uşaqlar, Azərbaycan dövlət sərhədindən uzaq olun”…

Elbəyi Həsənli, Sürix



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az