Brüsseldən sonra Moskva görüşü olacaq - Ovannisyan

Brüsseldən sonra Moskva görüşü olacaq - Ovannisyan
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel artıq Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşünün Brüsseldə baş tutacağını, daha sonra isə üçtərəfli formatda Moskvada davam etdiriləcəyini bildirib.

Yenipress.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

O, Vaşinqtonda danışıqların dörd gün davam etdiyini xatırladaraq, bunun ilk dəfə baş verdiyini bildirib:

"Sülh prosesini irəlilətmək cəhdlərimiz artıq müsbət faktdır. Digər tərəfdən, heç kim möcüzə, bütün problemlərin həllini gözləmirdi”.

Ovannisyan əlavə edib ki, işlər davam etdiriləcək:

"Siz artıq həm ABŞ-ın, həm də iştirakçı ölkələrin rəsmi bəyanatlarını oxumusunuz: sülh gündəmini mümkün qədər irəli aparmaq üçün hər tərəfdən hər cür səy göstərildiyini gördünüz. Suallar çoxdur, lakin danışıqların belə intensivliklə davam etməsi artıq yaxşı əlamətdir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az