"Khazar” avtomobil markası Azərbaycan və İranın birgə istehsalıdır. Bu avtomobillərin qiyməti 14-16 min manat arası dəyişir. Bəs görəsən Azərbaycan maşınları bazardakı dəngələrə necə təsir edəcək?
Badamdar qəsəbəsində yerləşən maşın bazarında avtomobillərin alqı-satqısı ilə məşğul olan Gəray Hüseynzadə bildirir ki, yerli istehsalata maraq tədricən artacaq: "Bu maşınların bazara daxil olması xaricdən gələn maşınlara olan təlabatı istənilən halda təsir edəcək. Çünki bu avtomobillərin qiyməti xaicdən gətirilən markalara nisbətən xeyli ucuzdur. Müəyyən kateqoriya insanlar bu avtomobilləri alacaq ki, necə deyərlər, ayağını yerdən götürsün. Müştəriyə köhnə xarici avtomobil almaqdansa, yeni Azərbaycan maşını almaq hər baxımdan daha sərfəli görünəcək”.
Bəs, hal-hazırda maşın bazarında olan ümumi vəziyyət necədir? Bu sualı "Okean” avtosalonunun meneceri cavablandırdı:
"Əsasən yay aylarında maşınlara təlabat artır deyə, qiymətlər qalxır. Qış aylarında isə qiymətlərdə kəskin azalma olur. Bizim avtosalonda alıcıların hər birinə endirim olunur. 17 min manata olan avtomobilə 200-300 manat endirim edirik. Hazırda "Hundai” və "KİA” markalı maşınlara təlabat daha çoxdur. Bunun da səbəbi həmin avtomobillərinin qiymətinin həm daha sərfəli, həm də daha dözümlü olmasıdır. ”
Elə həmin avtosalonun qarşısında bir neçə maşın həvəskarından bazardakı qiymətlərə münasibət soruşduq. Fikirlər müxtəlif oldu.
Fərid Faiqoğlu:
"Qiymətlər bahadır. Yaxşı maşın ala bilmək üçün yaxşı gəlirin olmalıdır. Yoxsa belə alınmır”.
Elnur Süleymanov:
"Qiymətlər çox baha deyil. Hətta bazarda 3500 manata da maşın tapmaq mümkündür. Hazırda maşın almağa pulum yoxdur. İşləyib, pul yığıb, alacam”.
Elçin Abbasov:
"Qiymətlər normaldır, sadəcə zövqümə uyğun maşın tapa bilmirəm deyə almıram”.
Metexan Məmmədov
"Səbəb budur ki, öz maşınımı sata bilmirəm. Son zamanlar qiymətlər qalxıb, buna görə də hər kəs böyük motorlu maşınlardan uzaq qaçır. Hər kəs ekanom maşınlara üstünlük verir”. //AzNews.az
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT
Tahir Kərimli: “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi”
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Elman Nəsirov: “Almaniyada məskunlaşan cılız insanların siyasi oyunbazlığının heç bir mənası yoxdur”
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ