Bu avtobuslarda gediş haqqı kartla ödəniləcək

Bu avtobuslarda gediş haqqı kartla ödəniləcək
Bu il iyunun 1-dən Bakının daha 6 avtobus marşrutunda nağdsız gediş haqqının tətbiq ediləcəyi gözlənilir. 

Bunu "Xaliq Faiqoğlu" nəqliyyat şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov deyib.

Onun sözlərinə görə, avtobuslarda nağdsız gediş haqqı üçün oxuyan qurğuların quraşdırılması üzrə işləri ayın sonunadək başa çatdırmaq planlaşdırılır.

Söhbət Bakıda 6 marşrut xətti (18, 61, 65, 85, 79 və 96 nömrəli sərnişin avtobusları) üzrə hərəkət edən 130 avtobusdan gedir. /Trend.az/
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az