Xəbər verildiyi kimi Avrasiya İqtisadi Əlaqələr Assosiasiyası (EkoAvrasiya) və Qara Dəniz Hövzəsi Sənayeçiləri və Sahibkarları Assosiasiyası (TÜKSİAD), Avrasiyalı iş adamlarını 12-15 dekabr 2013-cü il tarixləri arasında Türkiyənin sənaye şəhəri olan Qəbzədə qarşılamağa hazırlaşır.
Qara Dəniz Hövzəsi Sənayeçiləri və Sahibkarları Assosiasiyası (TÜKSİAD) sədri Gültekin Şenelin bildirdiyinə görə, Türkiyənin sənaye mərkəzlərindən biri hesab olunan Qəbzə şəhərində “Avrasiyanın qəlbi Qəbzədə atacaq” başlıqlı Avrasiya işadamları forumu keçiriləcək. 12-15 dekabr 2013-cü il tarixləri arasında keçirilməsi planlaşdırılan forum çərçivəsində 30 ölkədən 300-ə yaxın işadamının Qəbzəyə gəlməsi gözlənilir.
TÜKSİAD rəhbəri Gültəkin Şenel sözügedən tədbirin Qəbzədə gerçəkləşmisindən böyük sevinc hissi duyduqlarını ifadə edərək, “ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye mərkəz olmaqla yanaşı, Qəbzə eyni sektorda fəaliyyət göstərən firmaların əmələ gətirdikləri nəhəng sənaye mərkəzləri ilə xarici investorların diqqətini çəkməyə davam etdiyini bildirdi. O, Qəbzədə görüləcək çox işin olduğunu vurğuladı.
Layihədə Avrasiya İqtisadi Əlaqələr dərnəyi (EkoAvrasya) kimi geniş təcrübəyə malik bir təşkilatla əməkdaşlıqdan məmnuniyyətini dilə gətirən Şenəl, “Forumu həyata keçirmək istədiyimizi bəyan edən kimi Qəbzə bələdiyyəsi, Qəbzə Ticarət Palatası, Kocaeli bələdiyyəsi, Şərqi Mərmərə İnkişaf Agentliyi (MARKA), Kocaeli Sanaye Palatası, Çayırova bələdiyəsi və bir çox təşkilat bizə dəstək verdi və buna görə mən bu qurumlara öz təşəkkürümü bildirirəm”-dedi.
Forumun hazırlığı barədə danışan Şenel, bir çox görüşün həyata keçirildiyini və sözügedən regiondan olan deputatlar başda olmaqla, xarici diplomatların, idarə rəhbərlərinin iştirakına nail olmağa çalışdıqlarını açıqladı. İşadamlarının forumda iştirakının təsdiqlərinin başa çatdığını deyən Şenel marağın böyük olduğunu əlavə etdi. Foruma başda Azərbaycan olmaqla Əfqanıstan, Albaniya, Naxçıvan, Belarusiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Gürcüstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Kosova, Makedoniya, Monqolistan, Moldova, Özbəkistan, Polşa, Rumıniya, Rusiya Federasiyası (Başqırdıstan, Dağıstan, Tataristan), Tacikistan, Türkmənistan, Ukrayna, Kırım və Yunanistandan 300 işadamı iştirak edəcək.
Elnur Eltürk