Bu gün daha bir neçə saytın bloklanması ilə bağlı məhkəmə olacaq

Bu gün daha bir neçə saytın bloklanması ilə bağlı məhkəmə olacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir neçə saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib. Avqustun 7-də az24saat.org saytının bloklanması ilə bağlı məhkəməyə müraciət edən və dərhal bloklanması barədə qərar verilməsinə nail olan nazirlik, ardınca Arqument.az, Xural.com saytlarının bağlanması ilə bağlı məhkəməyə müraciət edib.


"Səhər saat 14.00-da Səbail Rayon Məhkəməsində məhkəmə varmış. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizi məhkəməyə veribmiş. Təfərrüatlar haqqında heç bir məlumatım yoxdur. Sabah biləcəyik” – deyə Xural.com saytının baş redaktoru Əvəz Zeynallı dünən axşam "Facebook”da yazıb.

O qeyd edib ki, nazirlikdən ona heç bir xəbərdarlıq daxil olmadığı halda, məhkəmədən bildiriş gəlib. "Hüquqlarımızı vəkil Elçin Sadıqov müdafiə edəcək” – deyə baş redaktor bildirir.

"Kanal13” televiziyasının aparıcısı İsmayıl İslamoğlu da bildirib ki, onu sabah Səbail Rayon Məhkəməsinə dəvət ediblər. O ehtimal edir ki, məhkəmə çağırışı saytın bloklanması ilə bağlıdır.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az