Bu gün metro gecə saat 2-yə qədər işləyəcək

Bu gün metro gecə saat 2-yə qədər işləyəcək
IV İslam Oyunlarının bağlanış mərasimi ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görülüb

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, açılış mərasimində olduğu kimi bu gün də Bakı metrosu saat 2-ə kimi işləyəcək: "Açılışda ehtiyac olduğu üçün 02:40-a qədər işlədik. Əgər bu gün də ehtiyac olacaqsa, saat artırıla bilər".

Qeyd edək ki, bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları yekunlaşır. Saat 20:00-da Bakı Olimpiya Stadionunda Oyunların rəsmi bağlanış mərasimi baş tutacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az