Bu gün torpağa tapşırılan şəhidimiz- Səməd Alışov kimdir?

Bu gün torpağa tapşırılan şəhidimiz- Səməd Alışov kimdir?

Şəhidimiz torpağa tapşırıldı

Azərbaycanın şəhid olan əsgəri dəfn edilib.
Bu gün Azərbaycan Ordusunun əsgəri Səməd Anar oğlu Alışov Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb. 

Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Səməd Alışov Füzuli istiqamətində düşmənin atəşkəs rejimini pozması nəticəsində həyatını itirib.

Miq.Az-ın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, o, Qəbələ rayonunun Zirik kəndində doğulub. Fiziki məhdudiyyətli bir qardaşı var. Hərbi xidmətini başa vurmağına 2 ay qalmışdı.

Aldığımız məlumatda o da qeyd olunur ki, hərbi hissənin ən bacarıqlı əsgərlərindən olan, hamının sevimlisinə çevrilmiş pəhləvan cüssəli şəhid Səməd Anar oğlu Alışov fiziki cəhətdən çox güclü olub.

Allah şəhidimizə rəhmət eləsin!

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az