Bu gündən Bakının bu taksilərində qiymət bahalaşır
Bu gündən Azərbaycanda qeyri-rezidentlərə məxsus, o cümlədən Uber və sair şirkətlər tərəfindən ölkə ərazisində göstərilən taksi xidmətlərinə 18% dərəcəsi ilə ƏDV tətbiq ediləcək.
Artıq banklar tərəfindən dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisinin tətbiq olunacağı ilə bağlı müştərilərə mesaj göndərilib.
ƏDV-ni yalnız yerli banklara məxsus kartlarla edilən ödənişlərdən tutmaq mümkündür. Xarici banklara məxsus kart hesabından vergi tutmaq isə texniki baxımdan mümkün deyil.
Xatırladaq ki, 2016-cı ilin sonunda Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən qeyri-rezidentlərə məxsus, yəni xarici taksi şirkətlər tərəfindən ölkə ərazisində göstərilən taksi xidmətlərinə 18% dərəcəsi ilə ƏDV bu ilin əvvəlindən tətbiq edilməli idi. Amma kart prosessinq təşkilatları tərəfindən ƏDV-nin tutulması ilə bağlı müvafiq texniki sazlama işləri yekunlaşmadığından bu, mümkün olmamışdı. Bu ilin noyabrın 6-da Vergilər Nazirliyində "Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar görüş keçirilib.
Miq.Az