Bu gündən bu şəxslərin restoranlara girişi qadağan edildi

Bu gündən bu şəxslərin restoranlara girişi qadağan edildi

Bu gündən ölkədə fəaliyyət göstərən restoran, mehmanxana və ticarət mərkəzlərində qapalı məkanda peyvənd sertifikatına dair yeni tələblər qüvvəyə minib.

Miq.Az xəbər verir ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişikliklə yaşı 18-dən yuxarı olan həmin vətəndaşların yuxarıda adıçəkilən məkanlara girişinə məhdudiyyət qoyulacaq.

Vətəndaşlar qeyd edilən məkanlara yalnız qüvvədə olan COVİD-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq.

Bundan başqa, bu gündən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması tələb ediləcək.

Xatırladaq ki, fevralın 15-dən COVİD-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az