Vətəninfo.az-ın ANS PRESS-ə istonadla məlumatına görə, artıq bu gündən Bakı Metropolitenində "BakıKart"ın ilk istifadəsi üçün addım atılıb. Belə ki, artıq stansiyalarda terminalların yanında dayanan dispetçerlər köhnə kartlara gediş haqqı yükləmək istəyənlərə xəbərdarlıq edirlər.
"MetroKart"lar terminallara qoyulmaqla və heç bir ödəniş edilmir. Kartın girov qiyməti olan 2 manat avtomatik olaraq balansa yüklənir. Bu məbləğdən istifadə başa çatdıqda isə kartdan istifadə dayanır. Sərnişinlər yenidən ödəniş etməklə "Bakı Kart" almalıdırlar.
Avqustun 15-dən isə köhnə metro kartlarının alışı və onlara balans yüklənməsi ümumiyyətlə dayandırılacaq. Ümumilikdə bu kartların istifadəsi isə sentyabrın 30-dək yekunlaşdırılacaq.

Metro stansiyalarındakı ödəniş terminalı
Lakin bəzi stansiyalarda bu sistemin tədbiqində problemlər yaranıb. Belə ki, "Azadlıq Prospekti" stansiyasından istifadə edən sərnişinlərin verdiyi məlumata görə, onlara kartın girov dəyərinin - 2 manatın balansa yüklənməsi barədə qəbz verilsə də, turniketlərdən istifadə mümkün deyil. Dispetçerlər isə kartın blok olduğunu deyir və 28 may stansiyasındakı xidmət mərkəzinə getməyi məsləhət görürlər.
Xatırladaq ki, ilk mərhələdə bu kartlardan "BakuBUS" və Bakı metro stansiyalarında ödəniş üçün istifadəsi nəzərdə tutulub.
Kartları bütün stansiyaların vestibüllərində və "BakuBUS" MMC-yə məxsus marşrutların dayanacaqlarında quraşdırılmış terminallardan almaq mümkün olacaq.
Plastik kartın qiyməti 2 manatdır, 1 gediş haqqı 20 qəpikdir. Bu kart nəqiyyat vasitələrinin daimi istifadəçiləri üçün nəzərdə tutulub. Balansını bütün terminallardan artırmaq mümkündür.
Yeni kartlarla ödəniş terminalları da dəyişir.
"BakıKart Məhdud istifadə üçün" kartının qiyməti isə 20 qəpikdir. Alındığı zaman yalnız 4 gediş yükləmək mümkündür. Bu, şəhərin qonaqları, nəqliyyat vasitələrindən daimi istifadə etməyənlər üçün nəzərdə tutulub.
Xatırladaq ki, "Metrokart"dan 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər:
1."Metrokart"ın girov dəyəri "Metrokart"a gediş haqqı olaraq yüklənir. "Metrokart"ın balansı sıfır olduqda atılır və yeni "Bakıkart" alınaraq istifadə olunur.
2."Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir.
"Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metrokart"ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir. Bir ədəd "Metrokart"ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"a transfer etmək mümkündür.

Yeni "BakıKart"lar
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ