"Bu icazə yük avtomobillərinə aid deyil”
"Avropa Oyunları zamanı çəkilmiş
"sarı zolaqlar”dan minik avtomobilləri və ictimai nəqliyyat vasitələri iyulun 1-dən
etibarən rahat şəkildə istifadə edirlər. Amma bu icazə yük
avtomobillərinə aid deyil”.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi
İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə,
Birinci Avropa Oyunları vaxtı "sarı zolaqlar”qadağası qüvvədə olsada, oyunlar bitdiyi üçün
zolaqlar yenidən avtomobillərin istifadəsinə verilib. Lakin bəzi
istiqamətlərdə sarı zolaqların saxlanılması nəzərdə tutulub.
Vaqif Əsədovun sözlərinə görə, bu istiqamətlərdə xüsusi işarələr
qoyulub. O həmçinin zolaqların qüvvədə saxlanıldığı yollarda "sarı
zolağa” 5 tondan artıq çəkisi olan yük avtomobillərinin daxil olmasının
qadağan olduğunu bildirib.

Bakı küçələinə çəkilən "sarı zolaq"
Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar.
Birinci Avropa Oyunları ilə əlaqədar çəkilən "sarı zolaqlar" qadağası
"sarı zolağ” qadağası iyunun 3-dən etibarən qüvvəyə minib. Oyunlar bitdikdən - 28
iyun bağlanış mərasimindən sonra isə bu qadağanın müddəti daha
10 gün müddətində uzadılmışdı.
Xatırladaq ki, oyunlarla bağlı olaraq rayon qeydiyyatında olan
maşınların da şəhərə girişi məhdudlaşdırlmışdı. Onların dayanması üçün
paytaxtın girişində iki dayanacaq fəaliyyətə başlamışdı.