Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlandı

Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlandı
"2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb".

Miq.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
"Onlardan 3642-si yerli, yəni Azərbaycan ərazisində baş verən zəlzələlərdir. 5 mindən yuxarı isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir. Respublika ərazisində 25 hiss olunan zəlzələ olub", - deyə, Mərkəz rəsmisi əlavə edib.
V.Rafiqqızı qeyd edib ki, zəlzələlərin statistikası dinamikdir, tez-tez dəyişir: "Yerin təkində hər gün onlarla hiss olunmayan təkanlar olur və bu təkanların olması yaxşıdır, çünki enerji boşalması gedir. Seysmik zonalarda sakitlik yarananda artıq narahatlıq olur, çünki enerji yığılır".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az