"Bu insanların şücaəti əvəzsizdir" - Emin Ağalarov təşəkkür etdi

"Crocus City Hall" un fədakar mühafizəçilərinə və qonşu təşkilatların əməkdaşlarına, faciə gecəsi işləyən, ümumi bəladan kənarda qalmayan və insanlara kömək edən bütün əməkdaşlara dərin minnətdarlığımı bildirmək istəyirəm.
Bakupost.az xəbər verir ki, bunu Rusiyanın ən iri developer şirkətlərindən biri olan "Crocus Group"un vitse-prezidenti Emin Ağalarov "Crocus Sity Hall"da baş vermiş terror aktı ilə bağlı instaqram hesabında paylaşımımda bildirib.
"Həmin insanlar arasında rejissor Aleksey Vysotski, inzibatçı Sonya Meyer, xüsusi layihələr şöbəsinin müdiri Sergey Maksimenkov, qonşu obyektlərin mühafizə əməkdaşları Aleksandr Pozdnyakov və Aleksandr Antipov, "Crocus City Hall" un mühafizəçisi Aleksey Osanuşkov və başqaları var. Bu insanların şücaəti əvəzsizdir və heç vaxt unudulmayacaq.
Hamımız üçün dəhşətli bir kədər oldu. Qurbanların ailələrinə səmimi başsağlığı verirəm, bütün qəlbimlə sağalmağı və qurbanlara zehni güc diləyirəm", - deyə paylaşımda vurğulanıb.
 
***
 
Emin Ağalarovdan terrorla bağlı daha bir PAYLAŞIM - FOTO

Xalq artisti Emin Ağalarov Moskvadakı "Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı paylaşım edib.

Musavat.com bildirir ki, Ağalarov dəhşətli terror zamanı köməklik göstərən şəxslərə təşəkkür edərək, qeyd edib:

"Fədakar mühafizəçilərə, "Crocus City Hall” və ətraf təşkilatların əməkdaşlarına, faciə baş verən gecə əməyi keçən insanlara, yardım edən bütün əməkdaşlara dərin minnətdarlığımı bildirirəm.

Hamımız üçün dəhşətli bir faciə yaşandı. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı, zərərçəkənlərə bütün qəlbimlə şəfa və mənəvi güc arzulayıram”.

Xatırladaq ki, terror aktı törədilən "Crocus City Hall” Emin Ağalarovun atası Araz Ağalarova məxsusdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az