Bu klinikalar bağlandı

Bu klinikalar bağlandı

Azərbaycanda fəaliyyət göstərən 6 özəl tibb müəssisəsinin lisenziya müddəti başa çatıb.

Vətəninfo.az Axar.az-a istinadən məlumat verir ki, lisenziya müddəti başa çatan klinikalardan 4-ü Bakıda, digərləri isə Gəncə və Lənkəranda yerləşir.

 
Lisenziya müddəti başa çatan klinikalar bunlardır:

 
1. E-Dent Klinikası MMC - Gəncə ş., Cavadxan-22; lisenziyanın başa çatma vaxtı - 07.04.2015.
 

2. First MMC - Lənkəran ş., Həzi Aslanov Xiyabanı 29; lisenziyanın başa çatma vaxtı - 07.04.2015.

 3. German İndustrial and Medical Consulting (İnternational SOS) - Bakı ş., Nəsimi r-nu, R.Behbudov-30; lisenziyanın başa çatma vaxtı - 07.04.2015.

 4. Hi Dent MMC - Bakı ş., Xətai r-nu, Y.Səfərov-18; lisenziyanın başa çatma vaxtı - 07.04.2015.

 
5. Nibe MMC (İstanbul FBM Klinika) - Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 17; lisenziyanın başa çatma vaxtı - 07.04.2015

 
6. VERTEBRA MMC - Bakı ş, Binəqədi r-nu, 8- ci mkr., İ.Dadaşov küç.71C; lisenziyanın başa çatma vaxtı - 07.04.2015

Qeyd edək ki, ötən gün Səhiyyə Nazirliyi özəl klinikalarda aparılmış yoxlamalar barədə məlumat yayıb. Məlumatda aparılmış yoxlamalar nəticəsində 10 tibb müəssisəsində əhaliyə tibbi xidmətin göstərilməsi zamanı nöqsanlara yol verildiyi və mövcud normativlərin tələblərinə riayət edilmədiyi aşkar olunub. Onlardan 4 tibb müəssisəsinə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib. 4 tibb müəssisəsinin lisenziyasının fəaliyyəti yoxlamalar zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək dayandırılıb. 1 müəssisənin stasionar tibbi xidmət üzrə bir sıra işləri, digərinin isə tam olaraq stasionar xidməti ləğv edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az