"Bu konfliktin davam etdirilməsi yalnız Ermənistanı müdafiə edən Rusiyaya maraqlıdır"

İsrail Dağlıq Qarabağdakı situasiyada Bakıya diplomatik dəstək nümayiş etdirməlidir.
 
Axar.az xəbər verir ki, bu sözlər İsrailin Müdafiə nazirinin keçmiş müavini Efraim Snehin "Al-monitor.com” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, İsraillə Azərbaycan strateji müttəfiqdirlər:
 
"Bakı İsrailin neft ehtiyacının 40%-ni qarşılayır. Bu konfliktin davam etdirilməsi yalnız Ermənistanı müdafiə edən Rusiyaya maraqlıdır”.
 
Qeyd edək ki, Efraim Sne Ariel Şaron və Ehud Barak hökumətlərində çalışıb. O, İsrailin məşhur siyasətçisi Moşe Snenin oğludur. Sne 1976-cı ildə baş tutan "Entebbe” əməliyyatının da (Mossadın 70-ci illərdə Uqandada yəhudi girovları azad etmək üçün keçirdiyi məşhur əməliyyat - red.) iştirakçısı olub.  

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az