“Bu nazirliyin qarşısında it əti mağazası açmaq lazımdır”

“Bu nazirliyin qarşısında it əti mağazası açmaq lazımdır”
"Ölkədə "leş mafiya”sı var və 20 ilə yaxındır bu mafiya ilə mübarizə aparırıq”

Miq.az  xəbər verir ki, bunu "Yeni Müsavat”a müsahibəsində "Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov deyib.

"İstehlakçı hüquqlarının qorunmasına dair qanun zəifdir. Qanun deyir ki, istehlakçını 100 manata qədər aldatmaq olar. Yəni, it ətini quzu əti adı altında alıcıya sat, bunun üçün məsuliyyət yoxdur.
101 manat oldusa, məsuliyyət var. 10 ton murdar əti 3-5 kiloqram olmaq şərti ilə sata bilərsən. Qanunla bu yaramaz əmələ görə satıcının məsuliyyəti yoxdur. Cərimə də elədir ki, onu asanlıqla ödəyə bilirlər”.
O deyib ki, ətlərə xüsusi dadlandırıcılar vurulur, belə ətləri emal edib piştaxtaya çıxarırlar: "Sadə alıcı həmin ətin ümumi görünüşünü mal ətindən ayıra bilməz. Kolbasa və digər ət məhsullarının tərkibində isə ümumiyyətlə, hiss etməzlər, çünki o qədər dadlandırıcı, ədviyyat vurulur ki...”.
Ekspert Kənd Təsərrüfatı Nazirliyini də tənqid edib: "Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bu günlərdə çıxıb dedi ki, it, at, eşşək, ulaq əti də yeməlidir. Ancaq bunun üçün ətin adı deyilməlidir. Bu açıqlama ilə qətiyyən razı deyiləm”.
Eyyub Hüseynov bildirib ki, belə açıqlama verilən nazirliyin qarşısında it əti mağazası açmaq lazımdır: "Bu, biabırçılıqdır. Azərbaycanda at-eşşək ferması yaradıb guya ətini xaricə göndərən adamlar da ifşa olunmalıdır. Bu məsələ birdəfəlik Azərbaycan gündəmindən çıxmalıdır”.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az