Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı

Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin müharibənin tezliklə sona çatmayacağı ilə bağlı sözlərinə münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, bu, Zelenskinin verə biləcəyi "ən pis bəyanatdır”.

"Amerika buna uzun müddət dözməyəcək! Mən bunu deyirdim, bu oğlan nə qədər ki, Amerikanın dəstəyi var, sülhün olmasını istəmir”, – Amerika prezidenti yazıb.

Tramp vurğulayıb ki, Aİ ölkələri martın 2-də Londonda keçirilən sammitdə ABŞ olmadan Ukraynaya yardımın öhdəsindən gələ bilməyəcəklərini bəyan ediblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az