Bu pullar işləməyəcək - XƏBƏRDARLIQ

Bu pullar işləməyəcək - XƏBƏRDARLIQ
500 avroluq əsginas tədavüldən çıxarılır.

Miq.az "ölkə.az"a istinadla xəbər verir ki, Avropa Mərkəzi Bankı Şurası tərəfindən qəbul edilən qərarla Avropa Birliyinin valyutası olan avronun 500-lük əsginası tədavüldən çıxarılır.

Dünya bazarlarında 2002-ci ildən etibarən istifadə olunmağa başlayan 500-lük əsginas yanvarın 26-da 17 Avropa ölkəsində ləğv olunacaq.
Almaniya və Avstriya isə 2019-cu ilin aprelin 26-na kimi 500 avroluq əsginasları istifadə edəcək.
Terror təşkilatları və saxta pul istehsalı ilə məşğul olanlar tərəfindən te-tez istifadə edilən və insanların elə də çox istifadə etmədiyi 500 avroluq əsginasın tədavüldən çıxarılma səbəbi kimi terrorizmlə mübarizə göstərilir.
Qeyd edək ki, bir müddət əvvəl avronun 5, 10, 20, 50 100 və 200-lük əsginasları yenilənərək daha təhlükəsiz vəziyyətə gətirilmişdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az