Bu qurumun da SƏLAHİYYƏTİ əlindən ALINDI

Bu qurumun da SƏLAHİYYƏTİ əlindən ALINDI

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında "Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 
 
APA-nın məlumatına görə, layihəyə əsasən Azərbaycan Respublikasının Dövlət Sanitariya-Epidemioloji Xidməti qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama apara bilməyəcək.

Bununla bağlı qanunun 34-cü maddəsinin 1-ci hissəsində (Azərbaycan Respublikasının Dövlət Sanitariya-Epidemioloji Xidməti aşağıdakı hüquqlara malikdir) "Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilərək, qeyd olunan obyektlər istisna olmaqla, xidmətin digər obyektlərdə yoxlama aparmaq səlahiyyəti saxlanılır.  
 
Layihə plenar iclasa tövsiyə olunub. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az