Bu rayonun icra başçısına töhmət verildi

Bu rayonun icra başçısına töhmət verildi
Bərdənin İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə töhmət verilib.

 

Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda deyilir.

 

Məlumata görə, buna səbəb icra başçısının rayonda qanunsuz tikililərə göz yummasıdır.

 

Bildirilir ki, FHN və Arxitektura və Şəhərsalma Komitəsinin birgə yoxlaması zamanı Bərdədə çoxsaylı tikililər aşkarlanıb.

 

Qeyd edək ki, Vidadi İsayev prezidentin 3 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az