Bu, saxta boşanmaların sayını artıra bilər – Deputat
Aliment Fondunun yaradılması saxta boşanmaların sayını artıra bilər.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, insanlar bəzən bundan sui-istifadə edəcək.
Komitə sədri həmçinin bildirib ki, Suriyada əsir düşərgələrində girovluqda saxlanılan, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılması son dərəcə ağır problemin həlli deməkdir:
"Suriyada hakimiyyət dəyişikliyi, Türkiyənin regionda artan gücü, Dəməşqdə səfirliyimizin açılması gələcəkdə vətəndaşlarımızın belə avantürüst əməliyyatlarda iştirakına imkan verməyəcək”.
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.