Bu şəhər türk dünyasının paytaxtı elan edildi

Bu şəhər türk dünyasının paytaxtı elan edildi

TÜRKSOY Daimi Şurasının Qırğızıstanın Oş şəhərində keçirilən 37-ci iclasında Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub.

"Miq.Az" xəbər verir ki, iclasda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşev, təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirləri və nazir müavinləri iştirak ediblər.

Azərbaycanı bu tədbirdə Mədəniyyət nazirinin müavini Rafiq Bayramov təmsil edib.

Özbəkistan Mədəniyyət nazirinin müavini Kamola Akilova deyib ki, qədim Xivə Özbəkistanın incisi sayılan şəhərlərin sırasına daxildir. Xivə nə vaxtsa Xarəzm xanlığının mərkəzi olub və hazırda şəhər öz qədim tarixi simasını saxlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az