Bu şəxslərə qaz limiti ilə bağlı güzəşt edilsin! — Deputatdan TƏKLİF

Bu şəxslərə qaz limiti ilə bağlı güzəşt edilsin! — Deputatdan TƏKLİF
Limitlərlə bağlı biz mütəmadi olaraq təkliflərimizi təqdim edirik. Bu təkliflər limitlərə differensial yanaşılması, xüsusən də təbii qazın daha çox istifadə olunduğu dağlıq rayonlarda limitlərə baxılması və dəyişdirilməsi ilə bağlıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, nəzərə alsaq ki, bəzi rayonlarımızda, xüsusən dağlıq ərazidə yerləşən rayonlarımızda qazdan daha çox istifadə olunur, bu da onların xərclərinə birbaşa təsir göstərir:

"Təklif ondan ibarətdir ki, həmin bölgələrdə yaşayan vətəndaşlarımız üçün daha aşağı tariflə, daha ucuz qiymətə kommunal xidmətlərin, xüsusən mavi qazın satışı həyata keçirilsin. Bu, həmin rayonlarda yaşayan vətəndaşların xərclərinin azalmasına və ailə büdcəsində vəsaitə qənaət edilməsinə səbəb ola bilər. Milli Məclisdə də bu təklifləri etmişik”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az