Bu şəxslərin ölkədən çıxışına icazə verilməyəcək

Bu şəxslərin ölkədən çıxışına icazə verilməyəcək
Azərbaycan vətəndaşı olan və olmayan, o cümlədən əcnəbi olan bir qrup şəxsin ölkədən çıxması məhdudlaşdırılır.

Miq.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinin 9-cu (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ) və 17-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması) maddələrinə əlavələr təklif olunur.
Maddə 9-a təklif edilən əlavəyə görə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs cəzasının qalan hissəsini çəkib qurtarana qədər ölkədən çıxışı məhdudlaşdırılır.
Qeyd olunan kateqoriyaya aid tələblərin 17-ci maddədə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində də tətbiq olunması təklif edilir.
Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az