Azərbaycandan ilk rəsmi "İsgəndər” raketi açıqlaması
Bu gün Bakıda fəaliyyətə başlayan Müdafiə Sənayesi Məhsulları Sərgisində nazirlər Zakir Həsənov və Yavər Camalov da iştirak ediblər.
Rusiyanın Ermənistana verdiyi "İsgəndər” raketi haqda ilk dəfə danışan Yavər Camalov bu raketlərin "M” deyil, "E” seriyalı olduğunu və 500 deyil, 280 km hədəf vurma imkanlarına malik olduğunu qeyd edib. Nazir Azərbaycanın istehsal etdiyi "Zərbə” pilotsuz uçuş aparatlarının Ermənistan ordusunun ölüm kabusuna çevriləcəyini də deyib.