Bu tarixdə rus ordusu tükənəcək - ABŞ generalı

Bu tarixdə rus ordusu tükənəcək - ABŞ generalı

Ukraynaya qarşı müharibə zamanı Rusiya ordusu artıq hücum potensialını itirib.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hoces deyib.

"Problemlərə baxmayaraq, rusların artilleriya və MLRS-də üstünlüyü hələ də var. Lakin fikrimcə, bu, onların (Rusiya ordusunun - red.) son hücum atışları ola bilər. Onlar artıq irəliləməyə davam edə bilmirlər. Əsgərləri tükənib, maddi-texniki təminatı pozulub", - o bildirib.

Hoces qeyd edib ki, avqustun sonuna qədər, bəlkə də ondan da əvvəl Rusiya silahlı qüvvələri artilleriyadan atəş açmaqdan başqa heç nəyə qadir olmayacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az