Bu, Ukraynadakı müharibənin gedişatını dəyişəcək - VP
Ukraynanın əldə etdiyi yeni artilleriya sistemləri Rusiya ilə müharibənin gedişatını dəyişəcək. Uzaq mənzilli artilleriya hər iki tərəfə böyük təsir göstərəcək. Amerikalı analitiklər əmindirlər ki, hər iki tərəf ciddi itkilərin qarşısını almaq üçün daha çevik hərəkət edəcək.
Axar.az xəbər verir, bu barədə "Vaşinqton Post” məlumat yayıb.
Məlumata görə, Pentaqonda çıxışı zamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostin uzun mənzilli artilleriyanın Ukraynadakı müharibənin növbəti mərhələsində həlledici olacağını təsdiqləyib.
"İndi Rusiya və Ukrayna çoxlu "Qasırğa" və "Smerç" raket sistemlərindən, həmçinin köhnəlmiş 122 mm-lik haubitsalardan istifadə edərək artilleriya savaşı ilə məşğuldurlar. Qərb artilleriya sistemlərinin istifadəsi Ukrayna əsgərlərinə düşmən artilleriyasını daha effektiv axtara, onun yerini müəyyənləşdirə və məhv edə bilməsinə kömək edəcək. Artilleriya bölmələri tez-tez kamuflyaj edilir, buna görə də onların yerini müəyyən etmək üçün kəşfiyyat, pilotsuz təyyarələr və radarların birləşməsi tələb oluna bilər. Bunun üçün Qərb Ukraynanı pilotsuz uçuş aparatları və əks batareya radarları ilə təmin edir", - məlumatda deyilir.