Aparılan təmir-tikinti işləri ilə əlaqədar 2-ci Alatava küçəsində bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, "Azəryolservis" ASC məlumatına görə, artıq küçədə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Ümumilikdə küçənin 6750 kvadrat metr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Səkilərə 800 paqon-metrə yaxın səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdiriləcək, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçiriləcək.
Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsinin kəsişməsindən Şamaxinka adlanan əraziyə qədər uzanır.
2-ci Alatava küçəsində təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə gərəkən sayda canlı qüvvə və texnika cəlb olunub.
ASC təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?