“Bundan 15 il sonra da “Yaşma” adı gələndə erməni ordusunun dodağı uçuqlanacaq”

“Bundan 15 il sonra da “Yaşma” adı gələndə erməni ordusunun dodağı uçuqlanacaq”

"ABŞ nə qədər çalışırsa-çalışsın, Ermənistanı ayağa qaldıra bilməyəcək”.


Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, Azərbaycan Ordusu Ermənistan ordusu üzərində şəksiz üstünlüyə malikdir və bu üstünlük gələcəkdə də  davam edəcək:

 

"Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edib. Özü də elə tar-mar edib ki, 15 il bundan sonra da Azərbaycan xüsusi təyinatlılarının adı gələndə, "Yaşma” adı gələndə erməni ordusunun dodağı uçuqlanacaq. Bu, birmənalıdır.

 

İkicnisi, özünü dünyanın hegemon dövləti sayan ABŞ-ın Ermənistana dayaq olması, daha doğrusu Ermənistandan ümid diləməsi çox acınacaqlıdır. Bu, ABŞ-ın nə qədər çarəsiz vəziyyətdə olduğuna dəlalət edir. Qərbin Rusiyaya gücü çatmır, Azərbaycanı məcbur etməyə çalışırlar ki, Rusiya ilə münasibətləri kəssin.

 

Azərbaycanın öz milli maraqları var və bu milli maraqlarına uyğun hərəkət edir. Bu baxımdan ABŞ Senatının Ermənistana yarınmaq cəhdlərini qınayır və bunu ABŞ-ın imicinə yaraşmayan, onu gözdən salan addım hesab edirəm”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az