Buraxılış imtahanlarında yenilik
"Bu tədris ilindən Təhsil Nazirliyinin təşəbbüsü ilə xarici dil
buraxılış imtahanları siyahısına daxil edilib. Burada əsas məqsəd xarici
dilin öyrədilməsinə təkan verməkdir".
Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, bunu
jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.
O, qeyd edib: "Bu gün yüksək texnologiyalar dövründə xarici dili bilmək
zəruri amildir. Bunun üçün Təhsil Nazirliyi tərəfindən müvafiq
proqramlar da keçirilir. Təbii olaraq, bu, daimi bir prosesdir".
Nazirin sözlərinə görə, Azərbaycan tələbələri hər zaman yeniliklərə açıq
olduğu üçün onların istənilən yeni xarici dili mənimsəməsi hər hansı
çətinlik və ya problem yaratmır: "Burada əsas məsələ tədrisin düzgün
qurulması və bunun nəticəsində də qısa müddət ərzində bu biliklərin əldə
olunmasıdır".
Bu gün Azərbaycan gənclərinin beynəlxalq yarışlarda iştirak etdiyini
deyən M.Cabbarov görülən işlərin qısamüddətli deyil, uzunmüddətli
olmasını zəruri sayıb.