Bütün Ermənistan vahimədə- Xüsusi təyinatlılar və xüsusi QIZLAR- VİDEO
Ermənilər vahimədə: Sərsəng su anbarına xüsusi təyinatlı dəstə göndərildi
Miq.az xəbər verir ki, ötən gecə atışmadan qorxuya düşən bir neçə erməni ailələri başlarının salamat, canlarının sağ olması üçün bu gün köçə başlayıblar. Artıq aprel ayının əvvəlində başlayan 4 günlük müharıbə təkcə Dağlıq Qarabağda yaşayan erməniləri qorxuya salmışdısa, indi bütün Ermənistan qorxu və xof içindədir. Cəbhədə baş verən son hadisələrdən sonra ermənilər Sərsəng su anbarının mühafizəsini gücləndiriblər. Erməni KİV-lərinə istinadən verilən xəbərdə, su anbarının mühafizəsi üçün İrəvandan xüsusi təyinatlı polis dəstəsi göndərilib. Maraqlı orasıdır ki, Ermənistan Sərsəng su anbarına xüsusi təyinatlı dəstə göndərərək sosial şəbəkələrdə və mətbuatda bunun videosunu qabardırlar. Amma hərbdən anlayışı olanlar bilirlər ki, döyüş bölgəsində xüsusi təyinatlılar hansı tapşırığı yerinə yetirməyə göndərlir və onların gedişi hansı şəraitdə məxfi saxlanılmalıdır. Ermənilər başlarını itirdiklərindən nə etdiklərinin fərqində deyillər...
Ermənilərin yeniyetmə qızları Qarabağa gətirildi
Ermənistan ordusunda vəziyyət çox acınacaqlı səviyyədədir. Bu günə qədər erməni mətbuatında belə orduları haqqında mənfi fikirlər səslənsə də, kriminal rejim bunları təkzib edirdi. Amma Ermənistanın son aprel əməliyyatlarından üzüqara çıxması ordu və cəmiyyət arasında böyük uçurum, inamsızlıq yaradıb. Miq.az xəbər verir ki, orduya əsgər cəlb etməkdə çətinlik çəkən Ermənistan Müdafiə Nazirliyi başqa üsullara əl atıb. Yeniyetmə qızları Qarabağa aparan ermənilər onlara silahla davranış qaydalarını öyrədir. Bu, əslində erməni kişilərinin orduya inamsızlığından irəli gəlir. Bu inamı aradan qaldıra bilməyən Ermənistan rəhbərliyi orduya göndərməyə kişi tapa bilmir. Odur ki, məcburiyyət qarşısında qalıb orduya yeniyetmə qızlar göndərilir. Görünür, səngəri qoyub qaçan erməni əsgərlərini indi yeniyetmə erməni qızları ilə ələ almaq istəyirlər. Amma panika içində olan Ermənistan bilir ki, bu gün onların ordusu sadəcə ət parçasından başqa bir şey deyil..Bütün Ermənistanın yeniyetmə qızları səngərlərə dolsa belə....