“Bütün məscidlərdə bayram namazı bu gün qılınacaq” – QMİ-dən AÇIQLAMA

“Bütün məscidlərdə bayram namazı bu gün qılınacaq” – QMİ-dən AÇIQLAMA

"Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”.

Bu sözləri APA-ya açıqlamasında QMİ sədr müavini Fuad Nurullayev deyib.

"Şamaxı rəsədxanası ilə danışmışıq, ay üfüqdə görünüb və Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”, – Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, bayram namazlarının qılınmasında sadəcə saat fərqi olacaq: "Buna da QMİ səviyyəsində icazə verilib”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az