Üç istiqamətdə hücum dayandırıldı - Mövqelər raketlərlə vuruldu

Üç istiqamətdə hücum dayandırıldı - Mövqelər raketlərlə vuruldu

Ukrayna müdafiə qüvvələri Liman, Avdiv, Marin və Zaporoje istiqamətlərində Rusiya qoşunlarının hücumunu dayandırmaqda davam edir.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutka ərzində cəbhədə 25-dən çox toqquşma baş verib.

Rus ordusu Liman və Marin istiqamətlərində Novoyeqorivkada uğursuz hücum əməliyyatı keçirib. Rusların Zaporoje istiqamətində Priyutnıya hücum cəhdi də nəticəsiz başa çatıb.

Ukrayna ordusu Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir.

Bundan başqa, Ukrayna aviasiyası rus ordusunun şəxsi heyətinin, silah-sursat və hərbi texnikalarının cəmləşdiyi ərazilərə 9, hava sistemlərinin yerləşdiyi mövqelərə isə 5 zərbə endirib.

Ukraynanın raket qoşunlarının və artilleriya bölmələri də rusların atəş mövqelərində 10 artilleriya qurğusunu və 1 zenit-raket kompleksini vurub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az