Cahangir Hacıyevlə Dünyamin Xəlilov 2 milyardı necə talayıb
Bir gün əvvəl Britaniyanın məşhur geyim mağazaları brendi Harvey Nichols ötən il gəlirlərinin 30 faiz azaldığını və bunun səbəblərindən birinin Azərbaycandakı uğursuz fəaliyyəti olduğunu açıqlayanda keçmiş deputat-oliqarx Dünyamin Xəlilovun adı yenidən media gündəminə gəldi.
Virtualaz.org Britaniya biznes-mediasına istinadən xəbər vermişdi ki, "Harvey Nichols” Azərbaycanda keçmiş deputatın adına olan "General Construction” adlı offşor şirkətlər françayzinq müqaviləsi əsasında ona məxssu "Globus Plaza”da fəaliyyətə başlasa da cəmi 4 ay sonra partnyorların öhdəliklərini pozması səbəbindən müqaviləni dayandıraraq ölkəni tərk edib.
Bu, həmin Dünyamin Xəlilovdur ki, ötən il onun adı Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat kreditin talanması işində keçirdi, hətta 2015-ci ilin may ayında barəsində həbs-qətimkan tədbiri də seçilmişdi. Lakin nə sirr idisə Dünyamin Xəlilov azadlıqda qalmışdı.Əvəzində onun şirkətinin heç bir səlahiyyət daşımayan 7 əməkdaşı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel”) zirzəmisinə salınmışdı. Çünki Cahangir Hacıyev və ortaqları bu dəfə də tanış dələduzluq sxemini işə salmışdılar-nəhəng məbləğlərdə kreditlər Dünyamin Xəlilovun şirkətində faktiki olaraq dəftərxana işçisi, elektrik və digər xırda-para işlərdə işləyən adamların adına rəsmiləşdirmişdi.
Britaniya brendinin Azərbaycandakı uğursuz tərəfdaşlıq barədə açıqlamasının yaylmasından sonra jurnalistlər adı bir müddət məbuat səhifələrində görünməyən Dünyamin Xəlilovun indi harada olduğunu araşdırmağa çalışdılar. Və məlum oldu ki, keçmiş deputat elə bir neçə gün əvvəl həbs edilibmiş.
Virtualaz.org istintaqa yaxın mənbələrdən dəqiqləşdirib ki, Dünyamin Xəlilov Azərbaycan Beynəlxalq Bankından nəhəng məbləğlərdə kredit götürərək onu "General Construction” MMC-nin, habelə digər offşor şirkətlərin adına rəsmiləşdirib. Mötəbər mənbələrdən saytımıza bildiriblər ki, Dünyamin Xəlilovun Beynəlxalq Bankdan götürdüyü kreditlərin məbləği 2 milyard manata yaxındır.
Miq.az