Cavid Qurbanov dəmiryolçuları həbslə hədələdi - FOTOLAR

Cavid Qurbanov dəmiryolçuları həbslə hədələdi - FOTOLAR

Tələbləri yerinə yetirilməyən dəmiryolçular PA-nnı qarşısında oturaq aksiya keçirəcəklər

Aprelin 19-da keçmiş dəmiryolçular  Azərbaycan Dəmir Yolları QSC-nin qarşısında aksiya keçirimişdilər və  qurumun rəhbəri Cavid Qurbanovla görüşmək istəmişdilər. Həmin gün Sərnişindaşıma deposunun rəisi Elyar Muradov dəmiryolçuları hədələsə də, onlar binanın qarşısından geri çəkilməyiblər. Dəmiyolçular sərnişindaşıma departamentində uzun illər boyu baş alıb gedən məmur özbaşınalığına, rüşvətxorluğa, onlara qarşı olan ayrı seçkiliyə,  pullarının zaman-zaman mənimsənilməsinə etiraz  ediblər. Ötən sayımızda bu haqda məlumat vermişdik. /azadlıq.info/

Amma dəmiryolçular bugün səhər saatlarında da aksiyaları davam etdiriblər. İlk növbədə Dəmiryol idarəsinin qarşısında toplaşıblar. Məsul şəxslər onlara bildiriblər ki, əgər burdan getməsəniz sizi narkotika ittihamı ilə həbs edəcəklər. Əlacsız qalan dəmiryolçular  aksiyaya icazə almaq üçün BŞİH-in qarşısında gediblər. Onları BŞİH-in məsul şəxsi Zaur Ramazanov qarşılayıb. Zaur Ramazanov bildirib ki, onların tələbləri ilə bağlı Cavid Qurbanova və Səlim Müslümova müraciət ünvanlanıb.

Dəmiryolçular bildirirlər ki, bütün bu vədlər süründürməçiliyə xidmət edir və onları sadəcə yola verirlər. Bundan sonra narazı dəmiryolçular Nazirlər Kabinetinin qarşısında toplaşıblar, ancaq onları qəbul edən olmayıb.  

Son çarə kimi dəmiryolçular  Prezident Aparatının  qarşısına toplaşıblar və Fuad Ələsgərovla görüşmək istədiklərini bildiriblər. PA-dana bildiriblər ki, Fuad Ələsəgərov mayın 2-də  onları qəbul edəcək.

Narazı dəmiryolçular "Azadlıq”a açıqlamalarında bildiriblər ki, əgər Fuad Ələsgərov mayın 2-də onları qəbul etməsə, yaxud bu qəbuldan müsbət nəticə əldə olunmasa, PA-nın qarşısında oturaq aksiya keçirəcəklər.

8

7

4

5

1

2

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az