“Bizim hər birimiz dövlət başçısına kömək olmalıyıq. Əgər hər kəs öz yerində olsa, o zaman problemlər də yaranmaz”. Bu fikirləri parlamentin İqtisadi siyasət komitəsinin aprelin 18-də keçirilən iclasında çıxışı zamanı “Azəravtoyolservis” Səhmdar Cəmiyyətinin prezidenti, millət vəkili Cavid Qurbanov iclasda iştirak edən Gömrük Komitəsinin rəsmisi general Mirqasım Vahabovla mübahisəsi zamanı dilə gətirib.
Millət vəkili qeyd edib ki, bütün aidiyyəti dövlət orqanları, xüsusilə Gömrük Komitəsi ölkədə kənd təsərrüfatının inkişafı üçün əlindən gələni əsirgəməməlidir:
“Onsuz da ölkəyə taxta, dəmir daşıyanla məsələləri birtəhər yoluna qoyacaqsınız. Amma əsas məsələ odur ki, kənd təsərrüfatına kömək göstərilsin. Bu gün insanların məhsulları, xüsusilə alma məhsulları yerdə tökülüb qalır. Bunun əvəzində isə ölkəyə dadı-tamı bilinməyən alma və digər meyvə məhsulları gətirilir.
Ancaq sizin də, bizim də vəzifəmiz o olmalıdır ki, bu məsələdə insanlara kömək edək. Məsələn, Gədəbəydə kartof yetişdirənə nə lazımdır?
Ona kömək etmək lazımdır ki, öz əkib- becərdiyi məhsulu satışa çıxara bilsin, özlərinin də dediyi kimi iki “paçka” yüzlüyü də ciblərinə qoyub, gecələr isti çay içə-içə “Santa-Barbara”ya və digər seriallara baxsınlar. Ona görə də kənd təsərrüfatının inkişafına əməli köməklik göstərilməlidir”.
Kamil
Vətəninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat