Cəbhədə daha bir təxribat: düşmən susduruldu

Cəbhədə daha bir təxribat: düşmən susduruldu

Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  bildirilib ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyildir və reallığı əks etdirmir.

"Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub", - DSX-dan bildirilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az