Vətəninfo.az xəbər verir ki, Cəlilabad raonunda “Niva” ilə “Jiquli”nin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ağır yol qəzası Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabad rayonunun Pərdi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 45 yaşlı Balasəm Mirzəmməd oglu Kazımovun idarə etdiyi “Niva” markalı minik avtomobililə 16 yaşlı Cavid Ramiz oglu Quliyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobillə sərt döngədə qarşı-qarşıya toqquşub.
Nəticədə hər iki maşın ciddi zədələnərək dəmir yığınına çevrilib. Hadisə zamanı “Niva”nın sürücüsü də daxil olmaqla, maşında olan sərnişinlər 54 yaşlı Şərqiyyə Mirzəmməd qızı Sadıqova, 44 yaşlı Kəmalə Ağadədə qızı Rəcəbova və “Jiquli”nin sərnişini, 14 yaşlı Xalid İntiqam oğlu Tarverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzada xəsarətsiz ötüşən “VAZ-2107”nin sürücüsü isə yaralılara kömək etmək əvəzinə hadisə yerindən qaçıb. Yaralılar dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralılara ilk tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır. O, Bakı şəhərinə göndərilib. Faktla baglı araşdırma aparılır.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto