Cənubi Afrika liderindən "İsrailə getməyin" çağırışı

Cənubi Afrika liderindən

Miq.az-ın verdiyi xəbərə görə, Cənubi Afrika Prezidenti Yakob Zuma Fələstin xalqları ilə həmrəyliyin təzahürü olaraq İsrailə səfər etməməklə bağlı çağırış edib. Zuma Afrika Milli Konqresi Partiyasının 105 illik yubileyi tədbirində çıxışında "Cənubi Afrika Fələstin xalqının haqq işinə öz dəstəyini davam etdirəcək", - sözlərini dilə gətirib.
 
BMT TŞ-dən ötən həftələrdə çıxan yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılması istiqamətindəki qərara işarə edən Zuma BMT TŞ-nin İordan çayının qərb sahili və Qəzzadakı yəhudi yaşayış yerlərinin qanunsuz olduğu istiqamətindəki qərarını müsbət qarşıladığını bildirib. Zuma cənubi afrikalıların hər zaman Fələstin xalqının yanında olduğunu bildirərək, "Fələstin bir gün məqsədinə çataraq müstəqilliyinə qovuşacaq. Fələstin xalqları ilə həmrəyliyimizin təzahürü olaraq İsrailə səfər etməyin", - deyə vurğulayıb. (Sputnik)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az