Cəzaçəkmə müəssisəsinə bibərin içində narkotik keçirməyə cəhd olunub - FOTO

Cəzaçəkmə müəssisəsinə bibərin içində narkotik keçirməyə cəhd olunub - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.

Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Cinayət Məcəlləsinin 127.1; 221.3; 66.2 və 69.3-cü maddələri ilə məhkum edilmiş Nicat Nahid oğlu Salahova qohumu Yüksəl Xalid oğlu Dəmirovun gətirdiyi sovqatda şirin bibərin içərisində gizlədilmiş 3,315 qram heroin və 0,642 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az