Cocuq Mərcanlıya Bakıdan köçürülmə bu gün BAŞA ÇATIR

Cocuq Mərcanlıya Bakıdan köçürülmə bu gün BAŞA ÇATIR
Cocuq Mərcanlı sakinlərinin doğma yurdlarına köçürülməsi prosesi yaxın 2-3 günə tam başa çatacaq.

Bu barədə Publika.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib.
Onun sözlərinə görə, bu gün artıq Bakıda məskunlaşan sakinlərinin köçürülməsi başa çatacaq: "Sabahdan Biləsuvar və digər rayonlardan köçürmələrə başlayacağıq. Yəqin ki, 2-3 günə köçürülmə başa çatacaq”.
Qeyd edək ki, Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan köçürüləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az