Deputat: "Onların etdiklərini ancaq səhlənkarlıq, savadsızlıq kimi qiymətləndirmək olar, bunun icra başçısı ilə əlaqəsi yoxdur"
“Bayrağımıza qarşı edilən sayğısızlıqla bağlı tədbirlər görülüb”. Bu sözləri Modern.az saytına açıqlamasında Qazax rayonundan seçilmiş deputat Əhməd Vəliyev deyib. O bildirib ki, rayonda keçirilən tədbirdən sonra Azərbaycanın üçrəngli bayrağını hörmətsiz şəkildə traktorun çanağına tullayan şəxslər sadə işçilər olub. Deputatın sözlərinə görə, onların etdiklərini ancaq səhlənkarlıq, diqqətsizlik, savadsızlıq kimi qiymətləndirmək olar.
”Bu məlumat və foto xəbər saytlarında yayımlanmazdan əvvəl həmin işçilər öz cəzalarını alıblar. Bəzilərinə töhmət verilib. Mən belə hesab edirəm ki, bu təsadüfi olan bir hadisədir. Olay istər rayonun icra başçısı, istərsə də digər rəhbər işçilər olsun, onlarla əlaqəli hadisə deyil”.
Əhməd Vəliyev eyni zamanda özünün də bu məsələ ilə bağlı araşdırma apardığını deyib və rayon rəhbərliyinə bayrağa belə laqeyd münasibəti olan insanların işə götürülməməsini təklif edib.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Qazax rayonunda keçirilən bayraq festivalından sonra bayrağımıza qarşı hörmətsizliyi əks etdirən foto yayılmışdı. Fotodan göründüyü kimi, festivaldan sonra rayon mərkəzindən yığışdırılan bayraqlar traktor vasitəsilə daşınıb.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.