Üçtərəfli görüşdə birgə bəyanat razılaşdırıldı - FOTO
"Biz birgə bəyanatı razılaşdırdıq. Sənədin ilkin versiyasından bəzi məsələləri silməli olduq. Amma görüşün faydalı olması ilə bağlı ümumi qiymətləndirmə ilə razıyam”.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələri haqqında danışarkən bildirib.
"Bu, bütövlükdə vəziyyətin həlli üçün gələcək addımlara şərait yaradır”, - deyə o, əlavə edib.
Putinin sözlərinə görə, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.
Putin vurğulayıb ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək.
Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş iki saatdan çox davam edib.