Daha bir erməni hərbçisi öldü

Daha bir erməni hərbçisi öldü
Ermənistan-Azərbaycan təmas xəttində daha bir erməni əsgəri ölüb.
 
ANS-in məlumatına görə, 1996-cı il təvəllüdlü Qevork Qevorkyan təmas xəttinin cənub istiqamətində öldürülüb.
 
Onun ölüm faktı ilə bağlı araşdırma aparılır.
 
Cəbhə xəttində aprelin 2-dən başlayaraq vəziyyət gərginləşib. Döyüş əməliyyatları zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
 
Lakin erməni tərəfi döyüş əməliyyatlarında xeyli sayda hərbçi itirməsi faktoru ilə barışmır. Bir birinin ardınca ziddiyyətli məlumatlar yayaıb. Ən son məlumatlarda cəbhə xəttində onların 92 itki verdiyi bildirilib. Lakin atəşkəs əldə edildikdən sonra qarşı tərəf demək olar ki, hər gün bir neçə hərbçisinin itkisi barədə xəbərləri üzə çıxarır. Əsgərlərin əksəriyyətinin hansı şəraitdə öldükləri barədə məlumat verilmir.
 
Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır. "Ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər.
 
Aprelin 8-dən başlayaraq isə döyüş meydanında qalan əsgərlərin götürülməsi prosesi başlayıb.
 
Bu günə kimi "hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az