Daha bir jurnalistə dövlət orqanında vəzifə verildi

Daha bir jurnalistə dövlət orqanında vəzifə verildi

Tanınmış jurnalist  Səfurə Çərkəzqızı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr şektorunun müdiri  təyin edilib.  


Miq.Az xəbər verir ki, məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı da təsdiq edib. 

Qeyd edək ki, Səfurə Çərkəzqızı  1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb.  "P.S. Gənclik”, "7 Gün”,  "Rezonans”, "Həftə içi ” qəzetlərində,  "Lider” , ARB televiziyalarında  çalışıb. Nazirlikdəki təyinatdan öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi kimi  işləyib.  O,  jurnalistika ilə yanaşı bədii yaradıcılıqla da məşğuldu.  "And olsun atlara!”  və "Sevdalılar ” adlı kitabların müəllifidir.  2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az