Daha üç azərbaycanlıda COVID-19 aşkarlandı - RƏSMİ

Daha üç azərbaycanlıda COVID-19 aşkarlandı - RƏSMİ

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Qeyd olunub ki, onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmaniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqləyib. Hazırda pasiyentin vəziyyəti kafidir.

Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınıb və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhəti normaldir, hərarətləri yoxdur, vəziyyətləri kafidir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az