Dağıstanın başçısı: "Nizaminin abidəsinin murdarlanmasında əli olanlar cəzalandırılacaq"

Dağıstanın başçısı:
"Nizaminin abidəsini vandalizm aktına məruz qoyanlar qanuna uyğun olaraq cəzalandırılacaqlar".

Bunu virtualaz.org-a eksklüziv açıqlamasında Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev deyib.

"Hər hansı tarixi abidə ilə bağlı vandalizm cəzasız qalmamalıdır. Respublikanın hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparırlar", - V.Vasilyev qeyd edib.

Respublikanın başçısı həmçinin bildirib ki, Azərbaycan-Dağıstan sərhədində olan bütün neqativ hallar yaxın vaxtlarda aradan qaldırılacaq: "Biz korrupsiya ilə mübarizə aparırıq, düşünürəm ki, siz respublikamızda mövcud olan neqativ proseslərin aradan qaldırması üzrə bizim işimiz haqda KİV-dən bilirsiniz. Yaxın vaxtlarda hamı bizim işimizin uğurlu olduğuna əmin olacaq".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az